Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün
"Report" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti
Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkan uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunub.
Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident
Artıq ənənəvi xarakter alan şənlikdə hər il olduğu kimi, bu il də uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edilib.
Bu proqram əsasında “Buta” sarayında balacalar üçün qurulan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da artırıb. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların sevinci, üzlərindəki təbəssüm bu xoş əhval-ruhiyyəni onlara yaşadan Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.
Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.
Nağıl və musiqili-əyləncəli proqrama uşaq evlərinin sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr - ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın tanınmış estrada ulduzları cəlb olunub. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.
Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində olublar, onlarla birlikdə şənləniblər.
Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan bu günün fidan balalarının əlində olacaq. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı var. Uşaqların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb.
Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayır. Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda yeni tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də ölkəmizdə bu istiqamətlərdə formalaşan ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir. Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda uşaqlarla bağlı mühüm layihələr reallaşdırılır. Fondun fəaliyyəti Azərbaycanın gələcəyi hesab edilən uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının səfərbər edilməsinə yönəlib. Bütün bunlar uşaqlarımızın hərtərəfli inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması üçün edilir. Fond tərəfindən bu istiqamətdə həyata keçirilən müxtəlif layihələr Azərbaycanın ən qiymətli milli sərvəti olan uşaqların - genofondumuzun qorunub saxlanmasına və daha da inkişafı işinə xidmət edir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 14 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.
Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirib. Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri, o cümlədən Bakı Kitab Mərkəzinin Yeni il ərəfəsində uşaqlar üçün nəşr etdiyi kitablar verilib.
Heydər Əliyev Fondunun balacalara töhfəsi olan bu bayram şənliyi uşaqların yaddaşında silinməz iz qoyub.