“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və elm və təhsil naziri Emin Əmrullayev iştirak edib.
Proqram çərçivəsində şəhid və aztəminatlı ailələrdən, həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan 54 qızın təhsilinə dəstək göstərilib.
Məqsəd cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
2021-ci ildən həyata keçirilən layihə çərçivəsində 93 qızın təhsilinə dəstək göstərilib.
Xatırladaq ki, təqdimat mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə baş tutub.