Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında (
Agentlikdən "Report"a verilən məlumata görə, məqsəd işaxtaran və işsiz şəxslərin haqqı ödənilən ictimai işlərə cəlb olunması zamanı yarana biləcək neqativ halların qarşısının alınması, bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Reyestr həmçinin ictimai işlər proqramının icrasında ictimai açıqlıq və ictimai nəzarətə şərait yaradır, ədalətlilik prinsipinin qorunub saxlanılmasına xidmət edir.
İctimai işlərə müraciət edən hər bir vətəndaş
Haqqı ödənilən ictimai işlər proqramının hər bir mərhələsi növbəli qaydada həyata keçirilir.
Növbəlilik isə şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir.
Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir.