​Azərbaycanda hamilə qadınların çalışa biləcəyi işlərin sayı artırılır

​Azərbaycanda hamilə qadınların çalışa biləcəyi işlərin sayı artırılır "Hazırda bunun üzərində iş gedir"
Sosial müdafiə
24 Dekabr , 2014 15:11
​Azərbaycanda hamilə qadınların çalışa biləcəyi işlərin sayı artırılır

Bakı. 24 dekabr. REPORT.AZ /“Bizim həyata keçirdiyimiz sosial təminat sahəsində islahatlar müxtəlif istiqamətləri əhatə edir. Buraya qadınlarla kişilərin məşğulluq sahələrində bərabərliyinin təmin olunması məsələləri də aiddir. “Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qadınların bir sıra peşələrdə çalışmasının qadağan olunması aradan qaldırılmalıdır: "Hazırda bunun üzərində iş gedir. Burada söhbət hüququn qadının özünə verilməsidir. Yəni onun hüququ var ki, hamiləliköncəsi, hamiləliksonrası 140 gündən istifadə etsin. Ondan sonra sosial məzuniyyətə çıxmaq hüququ var. Amma hüququ da var ki, bu müddətdə işləsin. Bütün məsələlərdə bu qadağaları aradan qaldırmağı düşünürük. Hamilə qadınların çalışa biləcəyi işlərin sayının artırılması nəzərdə tutulur”

Nazir xatırladıb ki, l qrup əlillərlə bağlı qanunvericilikdə “işləmək qadağandır” sözü var idi, bu məsələ ortadan qaldırıldı: “Hər növ əlillik təyin olunan insana yalnız onun əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən olunur”.

S.Müslümov kimsəsiz uşaqlara tikilən binalarla bağlı məsələyə də toxunub: “Həmin binalardan biri yekunlaşmaq üzrədir. Bunlar normal evlərdir, insanlar buradan öz mənzilləri kimi istifadə edə biləcəklər. Sadəcə, onları satmaq, bağışlamaq hüququna malik olmayacaqlar. Ümumilikdə 360 nəfərə kifayət edəcək məkanın yaradılması nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi