Göyçayda könüllülər nümunəvi aksiya həyata keçiriblər

Göyçayda könüllülər nümunəvi aksiya həyata keçiriblər Göyçay rayonunda gənc könüllülər nümunəvi aksiya həyata keçiriblər.
Sosial müdafiə
19 İyun , 2020 21:02
Göyçayda könüllülər nümunəvi aksiya həyata keçiriblər

Göyçay rayonunda gənc könüllülər nümunəvi aksiya həyata keçiriblər.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri rayonda yerləşən Şəhidlər xiyabanını ziyarət edərək orada təmizlik aksiyası həyata keçiriblər.

Gənclər məzarların ətrafında təmizlik işləri aparmaqla səliqə-sahman yaradıblar: ağaclardan yerə tökülmüş quru budaqlar və yarpaqlar toplanıb, mərmər lövhələr yuyulub.

Könüllülər vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında bu kiçik xidmətlərinin onlar üçün qürurverici olduğunu söyləyiblər. Onlar bu nümunəvi addımla vətəndaşları şəhidlərimizi daima yad etməyə və şəhid məzarlarının səliqəli saxlanılmasına qarşı diqqətli olmağa çağırıblar.

Son xəbərlər

Orphus sistemi