Göyçayda insan alveri və məişət zorakılığı qurbanları üçün sığınacaq açılacaq

Göyçayda insan alveri və məişət zorakılığı qurbanları üçün sığınacaq açılacaq Bakı. 8 noyabr. REPORT.AZ/ Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun I mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, II mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq.
Sosial müdafiə
8 Noyabr , 2017 13:18
Göyçayda insan alveri və məişət zorakılığı qurbanları üçün sığınacaq açılacaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov / Report

Bakı. 8 noyabr. REPORT.AZ/ "Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun I mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, II mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq".

“Report”un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

O qeyd edib ki, artıq Bakıda Avropa standartlarına cavab verən iki sığınacaq fəaliyyətə başlayıb: “Gələn ilin əsaslı vəsait qoyuluşun ilkin layihəsi var. Burada Bakıda, Lənkəranda və Xaçmazda məişət zorakılğından əziyyət çəkənlər üçün 3 sığınacağın yaradılması nəzərdə tutulur".

Nazir bildirib ki, 10 QHT-yə məişət zorakılığı sahəsi üzrə akkreditasiya verilib və onlardan 4-nün sığınacağı (2-si Bakıda, 2-si Gəncədə) var.

Son xəbərlər

Orphus sistemi