​Gənclər üçün Təhsil Mərkəzi Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib

​Gənclər üçün Təhsil Mərkəzi Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib Tədbir Ağcabədi, Bərdə və Beyləqan rayonlarından olan sağlamlıq imkanları məhdud şəxslərin musiqi və tamaşa nömrələri ilə davam edib
Sosial müdafiə
3 Dekabr , 2014 15:40
​Gənclər üçün Təhsil Mərkəzi Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib

Bakı. 3 dekabr. REPORT.AZ/ 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi və Ağcabədi Rayon İcra Hakimiyyəti Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud olan şəxslər üçün əyləncəli tədbir proqramı keçirib.

"Report"un məlumatına görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyi tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslər üçün yaradılan şərait, onların reabilitasiyası istiqamətində görülən işlər, qəbul olunan dövlət proqramları haqqında məlumat verib.

Daha sonra çıxış edən GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə Beynəlxalq Əlillər Gününün yerli icra strukturları tərəfindən qeyd edilməsini, sağlamlıq problemi olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını yüksək qiymətləndirib.

Tədbir Ağcabədi, Bərdə və Beyləqan rayonlarından olan sağlamlıq imkanları məhdud şəxslərin musiqi və tamaşa nömrələri ilə davam edib.

Son xəbərlər

Orphus sistemi