Bakı. 1 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi "Karyera Planlama Xidməti" layihəsi çərçivəsində Ağcabədi rayonunda yerləşən iri fermer təsərrüfatı olan "BMS AQRO" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə "Report"a mərkəzdən məlumat verilib.
Məlumatda bildirilib ki, mərkəz bu ildən etibarən sözügedən fermer təsərrüfatının kadr potensialı ilə təmin edilməsini və onların hazırlanmasını öz üzərinə götürüb.
Görüşdə iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bu ilin Azərbaycanda "Kənd təssərüfatı ili" elan olunduğunu, mərkəzin bu işdə öz töhfəsini əsirgəmədiyini və görülə biləcək işlərin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, mərkəz bu sahədə bütün fəaliyyətini məhz dövlət başçısı
"BMS AQRO" MMC-nin icraçı direktoru Svetlana Məmmədova öz növbəsində bu əməkdaşlığın Ağcabədi gəncləri üçün faydalı olacağını, həmçinin gənclərin təhsil aldıqları müddətdə istehsalat təcrübəsi əldə edəcəyini, onlar üçün yeni iş imkanlarının açılacağını deyib.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi bu əməkdaşlıq heç bir kommersiya fəaliyyəti daşımayaraq regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.



