Gənclər Fondu koronavirusla bağlı maarifləndirmə aparır

Gənclər Fondu koronavirusla bağlı maarifləndirmə aparır Gənclər Fondu və UNISEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilib.
Sosial müdafiə
141
13 Aprel , 2020 16:26
Gənclər Fondu koronavirusla bağlı maarifləndirmə aparır

Gənclər Fondu və UNISEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilib.

Fonddan "Report"a verilən məlumata görə, bu çərçivədə virtual sosial platformalardan istifadə etməklə müxtəlif tipli media məhsulları vasitəsilə ictimaiyyətin COVID-19 virusu, onun yayılmasının qarşısının alınması və sosial təcridin əhəmiyyəti haqqında məlumatlandırma işlərinin, habelə sosial təcrid vəziyyətində mümkün gərginliyinin azaldılması ilə bağlı məqsədli layihələrin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi və zehni sağlamlığının ardıcıllığının təmin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, gənclər üçün multimedia məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və müxtəlif növ proqramlar da həyata keçiriləcək.

Könüllülərin iştirakı ilə maarifləndirmə tədbirlərinin, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və beynəlxalq təşkilatların tövsiyələri əsasında tərtib ediləcək maarifləndirmə materiallarının paylanılması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi