“Gənclər evlərinə dair birgə təşəbbüs” adlı pilot layihənin təqdimatı olub

“Gənclər evlərinə dair birgə təşəbbüs” adlı pilot layihənin təqdimatı olub Bakı. 19 dekabr. REPOPT.AZ/ Binəqədi “Gənclər evi”ndə Azərbaycan hökuməti və BMT-nin “Gənclər evlərinə dair birgə təşəbbüsü” adlı pilot layihəsinin təqdimatı olub.
Sosial müdafiə
19 Dekabr , 2017 16:19
“Gənclər evlərinə dair birgə təşəbbüs” adlı pilot layihənin təqdimatı olub
Report/ Firi Salim

Bakı. 19 dekabr. REPOPT.AZ/ Binəqədi “Gənclər evi”ndə Azərbaycan hökuməti və BMT-nin “Gənclər evlərinə dair birgə təşəbbüsü” adlı pilot layihəsinin təqdimatı olub.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak edib.

A.Rəhimov deyib ki, iki illik pilot layihənin keçirilməsində məqsəd gənclər üçün əlverişli kompleks xidmətlərin hazırlanması, təcrübədən keçirilməsi və sonra bütün Gənclər Evlərində istifadə olunmasıdır.

Nazir bildirib ki, bu gün ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir: "Ölkə gənclərinə hər zaman diqqət və qayğı göstərilir. Hazırda ölkədə 40-dan çox Gənclər Evi və Gənclər Mərkəzi fəaliyyət göstərir ki, onlardan 14-ü nazirlik tərəfindən inşa edilib".

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qeyd edib ki, Gənclər Evlərinin inkişaf etdirilməsi və onların öz təyinatına uyğun olaraq gənclərə keyfiyyətli sosial xidmətin göstərməsi prioritet məsələdir. 

O vurğulayıb ki, Gənclər Evləri sosial xidmət şəbəkəsinin yaradılması və istifadəyə verilməsi çox önəmli bir addımdır: "Bu proses ölkənin demək olar ki, bütün regionlarında yekunlaşıb. Gənclər təşkilatları tədbirləri məhz Gənclər Evində keçirir və resurslardan geniş istifadə olunur. Bu, müsbət haldır".

Tədbirdə çıxış edənlər layihənin önəmindən danışaraq Gənclərin Evinin fəaliyyətlərini yüksəl qiymətləndiriblər.  

Son xəbərlər

Orphus sistemi