Gəncənin icra başçısı vətəndaşların səyyar qəbulunu keçirib

Gəncənin icra başçısı vətəndaşların səyyar qəbulunu keçirib Bakı. 7 may. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların səyyar qəbulunu keçirib.
Sosial müdafiə
7 May , 2018 19:50
Gəncənin icra başçısı vətəndaşların səyyar qəbulunu keçirib

Bakı. 7 may. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların səyyar qəbulunu keçirib.

Bu barədə “Report”a Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Şəhərin Gülüstan qəsəbəsi, Aydın Nəbiyev küçəsində baş tutan qəbulda 65-ə yaxın sakinin müraciət və təklifləri dinlənilib. Qəbulda iştirak edən sakinlər arasında ərazidə məskunlaşan Kəlbəcərli məcburi köçkünlər də olub. Səslənən müraciətlər sırasında işlə təminat, əraziyə su və kanalizasiya xətlərinin çəkilməsi və digər məsələlər üstünlük təşkil edib.

Bunlarla yanaşı, nasaz elektrik dirəklərinin yenilənməsi, 14 saylı xətt üzrə işləyən marşrut sayının artırılması, yeni dayanacaqların quraşdırılması da xahiş olunub. Ərazidə yaşayan Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı binanın təmiri də gündəmdə olan məsələlər sırasında yer alıb. Bəzi müraciətlər elə yerindəcə həllini tapıb, digərlərin araşdırılaraq həll olunması üçün müvafiq qurum və təşkilatlara göstərişlər verilib.

Qeyd edək ki, ərazidə abadlıq-quruculuq işləri həyata keçirilir, küçənin asfalt örtüyü yenilənir.

Son xəbərlər

Orphus sistemi