Gəncədə əmək yarmarkası keçirilib

Gəncədə əmək yarmarkası keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Gəncə şəhərində əmək yarmarkası keçirib.
Sosial müdafiə
14 İyul , 2022 19:51
Gəncədə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Gəncə şəhərində əmək yarmarkası keçirib.

"Report"un Qərb bürosunun məlumatına görə, məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 101 müəssisə tərəfindən 1460 vakant iş yerləri təqdim edilib.

Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər yer alıb. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq, istirahət əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edib.

Eyni zamanda yarmarkadavişsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Aktiv məşğulluq tədbirlərinə müraciətlərin qeydiyyatı aparılıb.

Son xəbərlər

Orphus sistemi