Gənc nazir: “Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək”

Gənc nazir: “Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək” Bakı. 23 aprel. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev Prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib.
Sosial müdafiə
23 Aprel , 2018 17:34
Gənc nazir: “Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək”
Report

Bakı. 23 aprel. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev Prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib.

“Report”un xəbərinə görə, yeni nazir dövlət başçısının əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.

S.Babayev Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və Nazirliyin fəaliyyətində sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi