Gələn ilin dövlət büdcəsində sosial müdafiə məqsədləri üçün ayrılan vəsait artırılacaq

Gələn ilin dövlət büdcəsində sosial müdafiə məqsədləri üçün ayrılan vəsait artırılacaq Hadı Rəcəbli: "Ehtiyac meyarı üçün vəsaitin həcmində heç bir artım olmayacaq"
Sosial müdafiə
16 Noyabr , 2016 15:40
Gələn ilin dövlət büdcəsində sosial müdafiə məqsədləri üçün ayrılan vəsait artırılacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində sosial müdafiə məqsədləri üçün ayrılan vəsaitin artırılması nəzərdə tutulub. 

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, sosial müdafiə yönümlü xərclərin təxminən 1-2 faiz civarında artımı planlaşdırılır: "Bu da ölkə başçısı İlham Əliyevin sosial sahəyə ayırdığı diqqətin təzahürüdür".

Komitə sədri qeyd edib ki, gələn ilin dövlət büdcəsində ehtiyac meyarı üçün vəsaitin həcmində heç bir artım olmasa da, yaşayış minimumu artacaq.

Son xəbərlər

Orphus sistemi