Gələn ilin dövlət büdcəsində Səhiyyə və Təhsil nazirliklərinə ayrılacaq vəsaitin məbləği artırılıb

Gələn ilin dövlət büdcəsində Səhiyyə və Təhsil nazirliklərinə ayrılacaq vəsaitin məbləği artırılıb Təhsil Nazirliyinə isə 9 292 955 manat ayrılıb
Sosial müdafiə
21 Noyabr , 2016 12:14
Gələn ilin dövlət büdcəsində Səhiyyə və Təhsil nazirliklərinə ayrılacaq vəsaitin məbləği artırılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 2 111 158 manat vəsait ayrılacaq. “Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində bildirilib.

Bu rəqəm 2016-cı ildə 1 876 023 olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 235 135 manat çoxdur.

Təhsil Nazirliyinə isə 9 292 955 manat ayrılıb. Bu rəqəm cari il üçün 8 210 634 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 082 321 manat çoxdur.

Son xəbərlər

Orphus sistemi