Gələn ildən “ASAN Xidmət”lərdə Azərbaycanın bütün vətəndaşlarına xidmət göstəriləcək

Gələn ildən “ASAN Xidmət”lərdə Azərbaycanın bütün vətəndaşlarına xidmət göstəriləcək Qeydiyyatla bağlı məhdudiyyət aradan qaldırılacaq
Sosial müdafiə
30 İyul , 2015 12:06
Gələn ildən “ASAN Xidmət”lərdə Azərbaycanın bütün vətəndaşlarına xidmət göstəriləcək

Qeydiyyatla bağlı məhdudiyyət aradan qaldırılacaq

Bakı. 30 iyul. REPORT.AZ/ “Azərbaycanda “ASAN Xidmət” mərkəzlərinin sayı artıqdca vətəndaşların hansı region üzrə qeydiyyatından asılı olmayaraq istənilən şəxsə xidmət göstəriləcək”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır: “Gələn ildən etibarən qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərə biləcəyik. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda mərkəzlərin olmamasıdır. Növbəti ildən isə Qəbələ və Masallı şəhərlərində “ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq”.

Sədr müavini, həmçinin qeyd edib ki, hazırda 6 regionda səyyar avtobuslar fəaliyyət göstərir: “Həmin avtobuslardan 1-i Şəkidə, digərləri Yardımlıda, Qazaxda və Bakı ətrafı ərazilərdə vədəndaşlara xidmət göstərir. Səyyar “ASAN Xidmət” vasitəsilə 6 rayon olmaqla 17 regionun vətəndaşlarına xidmət edirik. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Qeyd edək ki, hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə Sabirabad və Bərdədədir.

Son xəbərlər

Orphus sistemi