Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib

Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.
Sosial müdafiə
21 Dekabr , 2018 19:48
Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib

Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

"Report"un məlumatına görə, qanunda deyilir: 

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi