Yuxarı

Gələn il xarici vətəndaşların Azərbaycanda işə cəlb olunması üzrə kvota açıqlanıb

Gələn il əcnəbi şəxslərin Azərbaycanda işə cəlb olunması ilə bağlı kvo

"Gələn il üçün əcnəbi şəxslərin Azərbaycanda işə cəlb olunması ilə bağlı 6725 kvota nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. 

O bildirib ki, Nazirlər Kabineti kvotanı təsdiqləməlidir. 

A.Əliyev xatırladıb ki, kvota müəyyən edilərkən işəgötürənlərlə sıx əməkdaşlıq edilir: "Burada elə ixtisaslar seçilir ki, ölkəmizdə həmin ixtisasla bağlı işçi qüvvəsini təmin edə bilmirik. Təmin edə bilmədiyimiz sahələr üzrə də çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına təlabatı ödəyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi