Füzulidən olan məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunublar

Füzulidən olan məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunublar 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunu erməni işğalından azad etməsi ilə bu rayondan olan sakinlərin də yurd həsrəti bitdi.
Sosial müdafiə
1 Yanvar , 2021 16:49
Füzulidən olan məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunublar

44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunu erməni işğalından azad etməsi ilə bu rayondan olan sakinlərin də yurd həsrəti bitdi. Artıq onlar doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən xeyli sayda Füzuli rayonundan olan məcburi köçkünlər də var.

Nazirlikdən "Report"a verilən məlumata görə, proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına onlar müxtəlif sahələr üzrə kiçik ailə bizneslərini qurublar.

Yaratdıqları bu bizneslərini doğma Füzuliyə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.

Son xəbərlər

Orphus sistemi