Elman Mehdiyev: "Fondun gəlirləri pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib"

Elman Mehdiyev: "Fondun gəlirləri pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib" Fondun sosial sığorta gəlirləri 8 faiz artıb
Sosial müdafiə
23 İyul , 2015 14:40
Elman Mehdiyev: Fondun gəlirləri pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib

Bakı. 23 iyul. REPORT.AZ/ "Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri son 6 ayda da davam edib". "Report" xəbər verir ki, bunu Fondun sədri Elman Mehdiyev deyib. 

O, 6 ayda Fondun cəmi gəlirlərinin 1466,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 44,8 milyon manat artdığını bildirib: "Fondun sosial sığorta gəlirləri 8 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır".

Fondun sədri əlavə edib ki, 6 ayı ərzində DSMF-nin xərcləri 1457,7 milyon manat təşkil edib: "Bu vəsaitin 98,2 faizi və ya 1431 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib".

Son xəbərlər

Orphus sistemi