Fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq sərgisi keçiriləcək

Fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq sərgisi keçiriləcək Bakı. 27 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar dekabrın 3-dən 5-dək fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçirəcək.
Sosial müdafiə
27 Noyabr , 2018 12:35
Fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq sərgisi keçiriləcək
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar dekabrın 3-dən 5-dək fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçirəcək.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Tədbir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda (Qoşa qala qapısı tərəfdən girişdə) baş tutacaq.  

Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq nümunələrindən ibarət sərgi və baxış müsabiqələrin təşkilinə 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, eyni zamanda yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində tədbirlərin ildən-ilə güclənməsinə səbəb olub.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsinin təşkilində məqsəd həmin şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsidir. Tədbir nazirliyin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.

Üç gün davam edəcək sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunacaq. Tədbir çərçivəsində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılacaq ki, bu da onların yaradıcı əməyinin stimullaşdırılması məqsədinə xidmət edir.

Tədbirin ilk günü bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçılar müvafiq nominasiyalar üzrə mükafatlandırılacaq.

Üç gün ərzində satış yarmarkasını ziyarət etmək və əl işlərinindən almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi