FHN bayramla əlaqədar ictimai obyektlərdə yoxlama keçirib

FHN bayramla əlaqədar ictimai obyektlərdə yoxlama keçirib Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə üz tutacaqları ictimai obyektlərdə yoxlama keçirib. "Report" xəbər verir ki, nəzarət-yoxlama tədbirlərini FHN sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən
Sosial müdafiə
29 Dekabr , 2023 12:05
FHN bayramla əlaqədar ictimai obyektlərdə yoxlama keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) bayramla əlaqədar insanların kütləvi şəkildə üz tutacaqları ictimai obyektlərdə yoxlama keçirib.

"Report" xəbər verir ki, nəzarət-yoxlama tədbirlərini FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirib.

Təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə üz tutacaqları istirahət və əyləncə mərkəzlərinə baxış keçirilib.

Həmçinin parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib ki, Agentlik təhlükə potensiallı obyektlərdə dövlət nəzarətini həyata keçirir: "Bu gün təhlükə potensiallı obyektlərə baxış keçirildi. Parklardakı attraksionlarda mütəmadi olaraq texniki müayinə həyata keçirilir, nasaz vasitələr nəzarətə götürülür. Mexanikləşdirilmiş attraksionlar təhlükə mənbəyi olduğu üçün ekspertizadan keçirilərək təhlükəsizlik sertifikatı ilə təmin olunmalıdır. Bu obyektləri ildə bir dəfə sahibkar ekspertizadan keçirməlidir. Attraksionların istismarı müddətində işçilərin bilik səviyyəsi ildə bir dəfə yoxlanılmalıdr. Mühəndis texniklərin bilikləri üç ildən bir yoxlanılmalıdır. Bu gün apardığımız müayinələr zamanı qüsurlar aşkar olunmadı. Bu attraksionlardan istifadə edən şəxslər həmin obyektin sahibindən müvafiq sənədlər tələb etməlidir".

Son xəbərlər

Orphus sistemi