Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə altsistem hazırlanır

Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə altsistem hazırlanır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem hazırlanır.
Sosial müdafiə
25 Aprel , 2022 10:04
Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə altsistem hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem hazırlanır.

Nazirlikdən "Report"a verilən məlumata görə, FRAP əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

Yeni altsistem bu sahədə reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə, onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin tərkib hissəsi olacaq həmin altsistem qeyd olunan proseslərin təşkilində şəffaflığın artırılmasına, eləcə də bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

Reabilitasiya müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı reabilitasiya tədbirləri və nəticələri barəsində məlumatlar da e-sistemdə toplanacaq və FRAP-ların hazırlanmasında zəruri informasiya bazası rolu oynayacaq.

Son xəbərlər

Orphus sistemi