“Azərbaycanın gələcək inkişafı üçün qadınların iqtisadi hüquqlarının genişləndirilməsi çox vacibdir”.
“Report” xəbər verir ki, bunu İsveçrənin Beynəlxalq Əməkdaşlıq üzrə Məşvərət Komissiyasının prezidenti Feliks Qutzviller deyib.
Onun sözlərinə görə, Azərbaycanda biznes təhsili alan hər bir qadın ölkənin inkişafına töhfə verə bilər.
İsveçrənin Azərbaycandakı missiyasının rəhbəri Aleksandr Hoffe isə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin əməkdaşlığın müxtəlif sahələrini əhatə etdiyini vurğulayıb.
O bildirib ki, 2018-ci ildən İsveçrə Azərbaycanda qadınların iqtisadi hüquqlarının inkişafına dəstək verir: “Hələ də bütün qadınlar sosial və iqtisadi sahələrdə bərabər deyillər. Buna görə də bu bərabərsizliyin aradan qaldırılması üçün mübarizə davam etdirilməlidir, çünki bu, çox vacib məsələdir”.