​Naxçıvanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi yeni qaydada aparılacaq

​Naxçıvanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi yeni qaydada aparılacaq Dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir
Sosial müdafiə
11 Fevral , 2016 15:38
​Naxçıvanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi yeni qaydada aparılacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

"Report"un xəbərinə görə, sənəd dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətlən­dirilməsi qaydalarını müəyyən edir.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun təqvim ili ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Qaydalara əsasən, müvafiq vəzifədə altı aydan az müddətdə qulluq keçən şəxslərin xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmir. Qiymətləndirmə dövründə üç aydan az rəhbərlik etmiş bilavasitə rəhbərin qiymətləndirmə aparmasına yol verilmir. Bu halda qiymətləndirməni dövlət qulluqçusunun fəaliyyətini istiqamətləndirmiş rəhbər vəzifəli şəxs və ya struktur bölmə rəhbəri (şöbə müdiri) keçirir.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, bununla bağlı məlumat və hesabatların təqdim edilməsi müasir informasiya texnologiyalarından istifadə edilməklə avtomatlaşdırılmış sistemlə elektron formada həyata keçirilə bilər.

Dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu rəhbəri tərəfindən həyata keçirilir.

Xidməti fəaliyyətin qiymətləndirilməsi aşağıda müəyyən edilmiş ardıcıllıqla və mərhələlərlə həyata keçirilir:

1. Təqvim ilinin yanvar ayının 30-dək tapşırıqlar və qiymətləndirmə meyarlarının mühümlük dərəcəsi müəyyən edilir və formada qeyd olunur;

2. Dövlət qulluqçusunun illik fəaliyyətinin qiymətləndirilməsi struktur bölmələr tərəfindən hər ilin dekabr ayının 1-dən gec olmayaraq başlanılır və növbəti ilin yanvar ayının 10-dək başa çatdırılır.

3. Qiymətləndirmə struktur bölmənin tərkibində olan struktur vahidin rəhbəri tərəfindən həyata keçirildikdə qiymətləndirmədən sonra forma struktur bölmənin rəhbərinə (şöbə müdirinə) təqdim edilir. Struktur bölmənin rəhbəri təqdim edilmiş formalar əsasında “Struktur bölmə üzrə qiymətləndirmənin nəticələrinə dair Hesabat”ı hazırlayır. Forma struktur bölmənin rəhbəri tərəfindən imzalanır və fevral ayının 1-dək kadr xidmətinə təqdim edilir. Forma dövlət qulluqçusunun şəxsi işinə əlavə edilir. Struktrunda kadr xidməti nəzərdə tutulmayan dövlət orqanlarında kadr xidmətinin funksiyalarını kadr məsələləri üzrə məsul şəxs həyata keçirir.

Kadr xidməti qiymətləndirmənin nəticələrini analiz edir, fevral ayının 20-dək dövlət orqanının rəhbərinə təqdim edir.

Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun hesabat mart ayının 1-dək Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir.

Son xəbərlər

Orphus sistemi