Erməni terroru nəticəsində ağır xəsarət alan şəxsə sosial dəstək göstərilir

Erməni terroru nəticəsində ağır xəsarət alan şəxsə sosial dəstək göstərilir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alan və ayağı amputasiya olunan 36 yaşlı Elçin Şirinov və ailəsi ilə görüşüblər.
Sosial müdafiə
474
25 Dekabr , 2020 10:43
Erməni terroru nəticəsində ağır xəsarət alan şəxsə sosial dəstək göstərilir
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alan və ayağı amputasiya olunan 36 yaşlı Elçin Şirinov və ailəsi ilə görüşüblər.

Nazirlikdən "Report"a verilən məlumata görə, ailə dörd nəfərdən (özü, həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağı) ibarətdir.

Elçinə yaxın günlərdə əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə ona məlumat verilib.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, növbədənkənar bu proqrama cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımı avadanlıqlarla təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi