Azərbaycanın 9 rayonunda əmək yarmarkaları keçiriləcək

Azərbaycanın 9 rayonunda əmək yarmarkaları keçiriləcək Hazırda vakant iş yerləri barədə məlumatların toplanması işləri aparılır
Sosial müdafiə
8 Sentyabr , 2015 11:09
Azərbaycanın 9 rayonunda əmək yarmarkaları keçiriləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın 9 rayonunda əmək yarmarkaları keçiriləcək. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək yarmarkalarının sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar, və Lerik rayonlarında keçirilməsi planlaşdırılır. Bu aktiv məşğulluq tədbirlərində qeyd olunan rayonlardakı idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Hazırda həmin boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır.

Qeyd edək ki, yarmarkalar zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Tədbirlərdə işsiz və işaxtaran vətəndaşlardan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Son xəbərlər

Orphus sistemi