Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: "Azərbaycanda əlillərin sosial siyasəti əsas istiqamətlərdən biridir"

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: "Azərbaycanda əlillərin sosial siyasəti əsas istiqamətlərdən biridir" Azərbaycanda əlillərin sosial siyasəti əsas istiqamətlərdən biridir
Sosial müdafiə
29 Noyabr , 2014 12:26
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: Azərbaycanda əlillərin sosial siyasəti əsas istiqamətlərdən biridir

Bakı. 29 noyabr. REPORT.AZ / Azərbaycanda əlillərin sosial siyasəti əsas istiqamətlərdən biridir. "Report" xəbər verir ki, bu barədə Türkiyə Azərbaycan əlillərinin "Dostluq günü" tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

"Azərbaycanda əlillərin (sağlamlığı məhdud olan uşaqların) hüquqlarının qorunması istiqamətində işlər aparılır və əlillərin cəmiyyətə inteqrasiyası, mənzillə təmin edilməsi sahəsində dövlət tərəfindən vacib addımlar atılır" - deyə N.Məmmədov əlavə edib.
N.Məmmədov tədbirdəki çıxışında onu da bildirib ki, tədbirin təşəbbüskarı olan Türkiyənin "Beyazay" təşkilatı bu sahədə örnək təşkilatlardan biridir. O bildirib ki, təşkilatın 77-ci nümayəndəliyi Bakıda açılmalıdır və bu istiqamətdə hər iki ölkə arasında birgə addımlar atılmalıdır.

Son xəbərlər

Orphus sistemi