Yuxarı
    Bağlamaq

    Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

    İstifadə sayı mart ayı ilə müqayisədə 21,5 faiz çoxalıb

    Bakı. 3 may. REPORT.AZ/ Aprel ayında vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 637674 dəfə faydalanıblar ki, bu da həmin dövrdə "E-hökumət" portalı üzrə ümumi istifadənin 33 faizə qədərini təşkil edib.

    Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Ötən ay əhali nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən 223012 dəfə, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 185006 dəfə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 43533 dəfə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 42216 dəfə yararlanıblar.

    Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təqdim olunan 25 e-xidmətdən 50 faizə yaxını bu gün ən çox müraciət edilən e-xidmətlər sırasındadırlar.

    Qeyd edək ki, aprel ayında mart ayı ilə müqayisədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə sayı 21,5 faiz çoxalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi