Dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatıb

Dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatıb Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 290 092 nəfər təşkil edir
Sosial müdafiə
17 Dekabr , 2014 13:59
Dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. "Report" xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda bildirilir.

DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabr ayının 17-si tarixinə tam yekunlaşıb. Ümumilikdə cari ilin 11 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

2014-cü ilin 11 ayı ərzində Fondun gəlirləri 2646,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 202,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1537 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz və ya 118,1milyon manat çoxdur.

Cari ilin 11 ayı ərzində Fondun xərcləri 2619,4 milyon manat olub və bunun 2568,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 275,3 milyon manat və ya 12 faiz çoxdur. Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər təşkil edir. Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi