Əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər

Əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər Bu il əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər.
Sosial müdafiə
8 Dekabr , 2022 16:30
Əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər

Bu il əmək müqaviləsinə qanunsuz xitam verilən 95 nəfər əvvəlki işlərinə bərpa ediliblər.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmət 2022-ci ilin 11 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 95 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Son xəbərlər

Orphus sistemi