Yuxarı
    Bağlamaq

    Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üzrə elektron xidmətdən istifadə edənlərin sayı açıqlanıb

    Nazirliyin bütün e-xidmətləri üzrə istifadə sayı isə 206 969 ədəd olub

    Bakı. 5 mart. REPORT.AZ/ Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı 133 324 ədəd təşkil edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bu göstərici ilə qeyd olunan e-xidmət "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında yenə ilk yeri tutub.

    Son bir ayda ƏƏSMN-in "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən istifadə sayı 60 354 ədəd, "İş yerinə dair arayış" e-xidmətindən istifadə sayı isə 10 592 ədəd olub. ƏƏSMN-in yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı 204270 ədəddir. Nazirliyin bütün e-xidmətləri üzrə istifadə sayı isə 206 969 ədəd olmaqla "Elektron hökumət" portalı üzərindən 43 qurum tərəfindən göstərilən 277 elektron xidmətə dair ümumi istifadə sayının (704 970 ədəd) 29,3 faizini təşkil edib.

    ƏƏSMN-in "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətləri ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində əhalinin istifadəsinə verilib. Həmin sistemin tətbiqi əmək münasibətlərinin elektron müstəvidə qeydiyyatı və şəffaflaşdırılmasına, əmək bazarına, işçi hüquqlarının təminatına dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aşkar olunaraq aradan qaldırılmasına xidmət edir. Əmək müqaviləsi bildirişlərinin bu sistemdə qeydiyyatdan keçirilməsi işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas yaradır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi