“Əmək münasibətləri və məşğulluq altsistemi” mayın 1-dən istifadəyə veriləcək

“Əmək münasibətləri və məşğulluq altsistemi” mayın 1-dən istifadəyə veriləcək “Yeni “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) mayın 1-dən istifadəyə veriləcək. Bununla da əmək müqavilələri tam elektron formatda imzalanacaq. Bu günə qədər yalnız bildirişlər sistemi idisə, bundan sonra tam əmək müqaviləsi elektron olacaq”.
Sosial müdafiə
25 Aprel , 2022 11:48
“Əmək münasibətləri və məşğulluq altsistemi” mayın 1-dən istifadəyə veriləcək
Sahil Babayev

“Yeni “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) mayın 1-dən istifadəyə veriləcək. Bununla da əmək müqavilələri tam elektron formatda imzalanacaq. Bu günə qədər yalnız bildirişlər sistemi idisə, bundan sonra tam əmək müqaviləsi elektron olacaq”.

"Report" xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nəzərdə tutulan yeniliklər haqqında danışarkən bildirib.

O bildirib ki, mərhələlərlə məşğulluq reyestri, ölkə üzrə məşğulluq xəritəsi və digər bu istiqamətdə yeniliklər təqdim olunacaq: “Düşünürük ki, ilin sonuna qədər artıq Azərbaycanda hər bir işəgötürənin, hər bir sahibkarın tam şəkildə çıxış əldə etdiyi ESPİ, İRP kimi sistemlərə bərabər elektron əmək inzibatçılığı sistemi olacaq”.

Son xəbərlər

Orphus sistemi