​Əmək Müfəttişliyi Xidməti bir ayda 1954 halda işçi hüquqlarının pozulması faktını aşkar edib

​Əmək Müfəttişliyi Xidməti bir ayda 1954 halda işçi hüquqlarının pozulması faktını aşkar edib Aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi dövlət büdcəsinə ödənilib
Sosial müdafiə
7796
7 Noyabr , 2014 10:20

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin oktyabr ayında iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə ümumilikdə 1954 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Aşkar edilən hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi (150398 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin oktyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 19,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi