Əmək miqrasiyası kvotasına edilən dəyişikliklərlə bağlı təkliflər hökumətə göndərilir

Əmək miqrasiyası kvotasına edilən dəyişikliklərlə bağlı təkliflər hökumətə göndərilir Bu ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Sosial müdafiə
21 Oktyabr , 2022 17:14
Əmək miqrasiyası kvotasına edilən dəyişikliklərlə bağlı təkliflər hökumətə göndərilir

Bu ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflər baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, gələn il üçün də əmək miqrasiyası kvotasına dair təkliflər ölkənin əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında hazırlanıb.

O, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin Azərbaycanın əmək bazarında da inkişaf meyillərinin davamlı xarakter almasına imkan verdiyini vurğulayıb.

Komissiyanın iclasında qeyd olunub ki, bu gün dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmiz xarici əməkçi miqrantları üçün də cəlbedicidir. Hər il üçün aidiyyəti qurumlarla birgə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanan zaman ölkənin iqtisadi inkişaf tendensiyaları və əmək bazarının inkişafı üzrə müasir çağırışlar, yerli əmək ehtiyatları təhlil olunur, bu sahədə müvafiq proqnozlar nəzərə alınır.

İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini İdris İsayev, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov təkliflərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin yekununda 2023-cü il üçün əmək miqrasiyası kvotasına, eyni zamanda 2022-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi