Əmək bazarı üzrə Milli Observatoriya yaradılacaq

Əmək bazarı üzrə Milli Observatoriya yaradılacaq Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin layihələri hazırlanıb.
Sosial müdafiə
8 Avqust , 2018 12:00
Əmək bazarı üzrə Milli Observatoriya yaradılacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin layihələri hazırlanıb. 

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Əmək bazarının daimi müşahidəsi və monitorinqinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma sisteminin yaradılması Milli Observatoriyanın əsas məqsədini təşkil edəcək.

Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasında qabaqcıl dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir. Bu istiqamətdə Avropa Təhsil Fondu ilə də əməkdaşlıq edilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması mühüm yer tutur. 

Son xəbərlər

Orphus sistemi