Elman Mehdiyev: "DSMF-yə daxil olan şikayət xarakterli müraciətlərin sayı azalıb"

Elman Mehdiyev: "DSMF-yə daxil olan şikayət xarakterli müraciətlərin sayı azalıb" Elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb
Sosial müdafiə
22 Yanvar , 2015 11:10
Elman Mehdiyev: DSMF-yə daxil olan şikayət xarakterli müraciətlərin sayı azalıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Keçən il Dövlət Sosial Müdafiə Fondu sistemi üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35% azalıb". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fondun sədri Elman Mehdiyev məlumat verib.

Sədr buna DSMF tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin səbəb olduğunu qeyd edərək vurğulayıb ki, ötən il ərzində Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib. "Elektron hökumət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Keçən il Fondun həm öz saytı, həm də "elektron hökumət portalı" və "elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb".

Fond sədri, həmçinin bildirib ki, DSMF bundan sonra da elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün müraciətlərə aydınlıq gətirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi