Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub

Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.
Sosial müdafiə
15 Fevral , 2022 15:28
Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub

Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işçi qrupun iclasında vurğulanıb.

İclasda yeni meyarların üstünlükləri qeyd olunub. Bildirilib ki, həmin meyarlar əsasında şəxsin 7 istiqamət - özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin məhdudlaşma dərəcəsi əsas götürülməklə təyinat aparılacaq.

Bu da əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı yanaşmanı təmin edir, eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artırır.

İclasda tətbiq olunacaq yeni meyarlarla bağlı sosial təminat, o cümlədən orqanizm funksiyasının pozulması meyarına uyğun şəkildə sosial ödənişlərin formalaşdırılması və həyata keçirilməsi məsələləri, müvafiq təkliflər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi