Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda əlilliyi olan şəxslərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi yaradılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.
Cari il üçün yaradılması nəzərdə tutulan mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərəcək.
Mərkəzin icraçı təşkilatları Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyidir.
Əlilliyi olan şəxslərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin yaradılmasında məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahədə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasıdır.