Əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar

Əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar Onların 428 nəfərini Qarabağ müharibəsi əlilləri təşkil edib
Sosial müdafiə
3 Aprel , 2017 11:46
Əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 801 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin şəxslərdən 428 nəfərini Qarabağ müharibəsi əlilləri təşkil edib.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə 254 ədəd aşağı və yuxarı ətraf protezi, 386 ədəd aşağı və yuxarı ətraf ortezi, 126 ədəd bel və boyun nahiyəsi üçün korset, 2 311 ədəd müxtəlif reabilitasiya vasitəsi, 275 ədəd dirsəkaltı ağac, 78 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 574 cüt protez ayaqqabı və 1 067 cüt ortopedik ayaqqabı, 166 cüt qoltuqaltı ağac, 563 ədəd əsa, 49 ortopedik aparat və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun olaraq əlil arabaları, eşitmə aparatları ilə təminatı istiqamətində də müvafiq işlər görülüb. Eləcə də onlara məxsus 182 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilib və yenidən onların istifadəsinə verilib.

Ümumilikdə 2017-ci ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər 6 878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması, protezlə hərəkət edilmənin öyrədilməsi, serebral iflicin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. məqsədilə 146 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi