Əlilliyi müəyyən edilmiş uşaqlar üçün konsert proqramı təşkil olunub

Əlilliyi müəyyən edilmiş uşaqlar üçün konsert proqramı təşkil olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 1 saylı sosial xidmət müəssisəsinin sakinləri və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) şagirdlərinin iştirakı ilə
Sosial müdafiə
1 İyun , 2023 18:07
Əlilliyi müəyyən edilmiş uşaqlar üçün konsert proqramı təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 1 saylı sosial xidmət müəssisəsinin sakinləri və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

"Report" xəbər verir ki, konsertdə BXA şagirdlərinin və Sosial Xidmət Müəssisəsinin uşaqlarının təqdimatında sağlamlıq imkanları məhdud uşaqlar üçün rəqs nömrələri nümayiş olunub.

Həmçinin azyaşlıların təqdimatında müxtəlif musiqi alətlərində ifalar dinlənilib.

Tədbirdə bildirilib ki, bu kimi tədbirlər əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rola malikdir.

Qeyd edək ki, agentliyin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində hazırda qeyd olunan kateqoriyadan olan 279 uşağa xidmət göstərilir. Hər iki müəssisədə 5-18 yaşlı təhsilə cəlb olunmayan uşaqlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyaları təşkili edilir.

Son xəbərlər

Orphus sistemi