Əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb

Əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb Yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub
Sosial müdafiə
3 Dekabr , 2014 12:36
Əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb
Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Əlillər Günü ilə əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Report"un xəbərinə görə ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Əlillər Günü qeyd edilir.

Onun sözlərinə görə, ölkədə əlilliyi olan şəxslərə dövlət qayğısının artırılması ölkənin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən biridir.

Əlilliyi olan şəxslərin yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən danışan nazir bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının təşkili də bu işlərin davamıdır: "Nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi idman növləri zona yarışlarında 1000 nəfərə yaxın şəxs arasında fərqlənən 103 nəfər, o cümlədən 95 nəfər əlil şəxs və 8 nəfər sağlamlıq imkanları məhdud uşaq final mərhələsində iştirak edib".

Çıxışlardan sonra yarışlarda I, II, III yerləri tutan şəxslərə mükafatlar, yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi