Əlillərin metrodan istifadəsini asanlaşdırmaq üçün görüləcək işlər açıqlanıb

Əlillərin metrodan istifadəsini asanlaşdırmaq üçün görüləcək işlər açıqlanıb Nəsimi Paşayev: ​"Bütün stansiyalarda fiziki imkanları məhdud şəxslər üçün xüsusi liftlər və digər avadanlıqlar quraşdırılacaq"
Sosial müdafiə
1 Dekabr , 2017 11:46
Əlillərin metrodan istifadəsini asanlaşdırmaq üçün görüləcək işlər açıqlanıb
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev / Report/ Orkhan Azim

Bakı. 1 dekabr. REPORT.AZ/ "Bakı Metropoliteninin yeni stansiyalarının hər birində və təmir edəcəyimiz bütün stansiyalarda fiziki imkanları məhdud şəxslər üçün xüsusi liftlər və digər avadanlıqlar quraşdırılacaq". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.  

O qeyd edib ki, SSRİ dövründə stansiyaların tikintisi zamanı fiziki imkanları məhdud şəxslərin metrodan istifadəsi nəzərdə tutulmayıb: "Hər hansı bir stansiyada liftin və pandusların quraşdırılması asan məsələ deyil. Müəyyən bir stansiyada bunu quraşdırıb digərində quraşdırmamaq olmaz, çünki bir stansiyaya daxil olan əlilliyi olan şəxsin digər stansiyadan çıxışı təşkil olunmalıdır". 

Son xəbərlər

Orphus sistemi