Əli Əhmədov: “İnsanların daha layiqli işlə təmin olunmasına çalışırıq”

Əli Əhmədov: “İnsanların daha layiqli işlə təmin olunmasına çalışırıq” Baş nazirin müavini: “Azərbaycanda əhalinin sayı artır və hər il yeni iş yerləri açılmalıdır”
Sosial müdafiə
7 Sentyabr , 2017 10:58
Əli Əhmədov: “İnsanların daha layiqli işlə təmin olunmasına çalışırıq”
Report.az/ Elşən Baba

Bakı. 7 sentyabr. REPORT.AZ/ “Məşğulluq problemi hər bir dövlətin qarşısında duran əsas məsələlərdəndir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bu prioritet üzərində qurulub”.

“Report”un xəbərinə görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov “Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda deyib.

O bildirib ki, əmək qabiliyyətli insanların sosial hüquqlarının qorunması vacib məsələdir: “Dünyada əsas məsələlərdən biri də məşğulluğun təmin edilməsidir. Burada sosial hüquqların qorunması da diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda bu sahədə çox ciddi işlər görülür. Əhalinin məşğulluq problemi tam həllini tapdıqdan sonra məşğulluğun status məsələsi həll ediləcək”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır: “Azərbaycan hökuməti bu sahədə ciddi işlər görür. Məşğulluğun qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi ilə yanaşı, biz insanların daha layiqli işlə təmin olunmasına çalışırıq. Azərbaycanda əhalinin sayı artır. Ona görə də hər il yeni iş yerləri açılmalıdır. Bu proses davam edir”.

Son xəbərlər

Orphus sistemi