Yuxarı
    Bağlamaq

    Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edəcək

    Qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək

    Bakı. 19 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

    Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-683-21-48, 055-792-44-42, 025-25-53-5-09) ilə əlaqə saxlamaları xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi