Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 15 297 900 manat ayrılıb

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 15 297 900 manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sosial müdafiə
13 Fevral , 2018 18:57
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 15 297 900 manat ayrılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 13-də "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin sosial rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılıb, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilib. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılıb.

Bir sıra sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 15 297 900 manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Tikintisi və əsaslı təmiri işlərinin başa çatdırılması nəzərdə tutulmuş sosial obyektlərin siyahısı

Sıra№-si Sosial obyektlərin adı Ayrılan vəsaitin məbləği
1 Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri 3 741 300
2 Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi 2 942 000
3 Naftalan Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri 1 307 400
4 Yevlax Əlillərin Regional Bərpa Mərkəzininbərpası, gücləndirilməsi və əsaslı təmiri 1 159 500
5 Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinin bərpası, gücləndirilməsi və əsaslı təmiri 1 131 800
6 Bakı Uşaq Bərpa Mərkəzinin əsaslı təmiri 1 629 200
7 Gəncə Şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi 110 400
8 Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri 3 276 300
Cəmi 15 297 900

Son xəbərlər

Orphus sistemi