Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan hərbçilərin 56 ailə üzvünə təqaüd ödənilib

Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan hərbçilərin 56 ailə üzvünə təqaüd ödənilib Prezident təqaüdünün aylıq məbləği 200 manatdır
Sosial müdafiə
24 İyul , 2015 15:26
Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan hərbçilərin 56 ailə üzvünə təqaüd ödənilib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu ilin iyulun 1-nə ölkədə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölən elan edilən 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Prezidentin aylıq təqaüdü ödənilir. Bu barədə "Report"a Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müvafiq kateqoriyadan olan şəxslər həmin təqaüdün təyin olunması üçün nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Xidmətin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edərkən təqdim edilməli olan sənədlərin siyahısı ƏƏSMN-in rəsmi internet saytının (mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümünün "Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər" alt-bölümündə yerləşdirilib.

Qeyd edək ki, Prezident təqaüdünün aylıq məbləği 200 manatdır. Bu təqaüd onlar arasında bərabər bölünməklə ödənilir.

Son xəbərlər

Orphus sistemi