ƏƏSMN yanında İctimai Şuranın tərkibi dəyişdirilib

ƏƏSMN yanında İctimai Şuranın tərkibi dəyişdirilib Bakı. 6 aprel. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.
Sosial müdafiə
6 Aprel , 2018 12:18
ƏƏSMN yanında İctimai Şuranın tərkibi dəyişdirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə S.Müslümov vurğulayıb ki, dövlət idarəçiliyi sistemində ictimai iştirakçılığa və bu əsasda ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi vəzifələr sırasındadır. “Heç bir kənar müdaxilə olmadan, vətəndaş cəmiyyəti institutlarının öz seçimləri əsasında Şuranın 15 nəfərdən ibarət yeni tərkibi formalaşıb”.

S.Müslümov İctimai Şuranın üzvlərini nazirliyin fəaliyyət sahələri üzrə görülən işlər, həyata keçirilən islahat tədbirləri, qanunvericilik layihələri və s. ilə bağlı açıq müzakirəyə dəvət edib.

Qeyd olunan məsələlərlə bağlı rəy və təkliflərin bildirilməsi və ictimai müzakirənin aparılması ilə davam edən görüşdə həmçinin İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə Şuranın üzvlük vəsiqələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi