Yuxarı
    Bağlamaq

    ​Nazirlik elektron xidmət vasitəsilə 48000-dək şəxsə iş yerinə dair arayış verib

    Arayışda işəgötürən barədə məlumatlar əksini tapır

    Bakı. 27 aprel. REPORT.AZ/  2015-ci ilin aprelin 1-dək 47546 nəfər vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmət vasitəsilə iş yerinə dair elektron arayış əldə edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapıb. Həmçinin vətəndaşlar arayışları əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilirlər. İki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışanların hansı iş yerinə dair arayışı təqdim etmələri ilə bağlı seçim imkanı da var. "İş yerinə dair arayış" e-xidmətindən yararlanan vətəndaşların bununla müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyətı şəxslərinə müraciət etmələrinə, kağız formasında arayışları almalarına, bu proses üçün müəyyən vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.

    Digər tərəfdən, arayışın təqdim olunduğu qurumlar arayışdakı məlumatların, habelə lazımi hallarda əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün onlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edirlər. Qeyd olunan amillər isə iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsinə, aidiyyəti qurumların iş yerinə dair arayışların daha çox elektron formada təqdim olunmasına üstünlük vermələrinə səbəb olub. 

    E-xidmət ötən ilin dekabrında istifadəyə verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi