​ƏƏSMN-in “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub

​ƏƏSMN-in “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub Müraciətlərin 90,6 faizini əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə əlaqədar sorğular təşkil edib
Sosial müdafiə
142
4 Noyabr , 2014 11:17
​ƏƏSMN-in “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub
Bakı. 4 noyabr. REPORT.AZ/ Son bir ayda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub ki, onların 90,6 faizini nazirliyin fəaliyyət sahələri ilə bağlı vətəndaşların sorğuları təşkil edib.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Belə ki, qeyd edilən dövrdə 142 - “Çağrı mərkəzi”nə əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı məsələləri ilə əlaqədar edilən 3 387 müraciətin 3 201-i (94,5 faiz), sosial təminat növlərindən istifadə, o cümlədən sosial müavinət məsələləri ilə əlaqədar daxil olan 1 597 müraciətin 1 364-ü (85,4 faiz) sorğu xarakterli olub.

Habelə əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair edilən 305 müraciətdən 235-i (77 faiz) və məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 271 müraciətdən 240-ı (88,5 faiz) vətəndaşların həmin mövzularla bağlı sorğularından ibarət olub.

142 - “Çağrı mərkəzi”nə daxil olan sorğu xarakterli müraciətlərə cavab olaraq ƏƏSMN-in mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib, digər müraciətlərlə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv tədbirlər görülüb. 

Son xəbərlər

Orphus sistemi